“Qalatasaray” Bərkan Kutlunun geri döndüyünü rəsmən açıqlayıb.
“Football-plus.az” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi cari mövsümün əvvəlində 250 min avro qarşılığında “Cenoa”ya birilliyə icarəyə verilmişdi. Genuyalıların onu 5 milyon avroya daimi əsasda transfer etmək hüququ var idi. Amma Bərkan İtaliyada özünü göstərə bilmədi. O, ilk dövrədə yeni klubunda cəmi 8 rəsmi oyuna çıxdı. Oliveyranın bir neçə aylığa sıradan çıxdığını, Ndombelenin isə ümidləri doğrultmadığını nəzərə alsaq, “Cim-Bom”un bu mərkəz yarımmüdafiəçisini geri çağırması başadüşüləndi. Bərkan 2021-ci ildən “Qalatasaray”ın şərəfini qoruyur. O, İstanbul nəhəngində ümumilikdə 84 oyun keçirərək 1 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.