“Qarabağ” Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Bolqarıstan) ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
"Football-plus.az" xəbər verir ki, “Vestri” (İslandiya) ilə matçda olduğu kimi Xoni Montiel və Ceremi Qnali yenə heyətdə yer almayıb. Bundan başqa, bu dəfəki oyunlar üçün müdafiəçi Dani Bolt iştirak ərizəsindən çıxarılıb, onun əvəzinə yeni qapıçı Martin Zlomisliç heyətə daxil edilib.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Teymur Həsənov (B), Martin Zlomisliç, Bilal Hacıyev, (B) Mateuş Koxalski.
Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Abdulla Zubir, Kadi Borges, Aleksey Kaşuk, Cebrail Makreckis, Hikmət Cəbrayılzadə, Pedro Bikalyo, Əli Bəşirov, Samuel Lobato.
Hücumçular: Zakaria Savo, Musa Qurbanlı, Renaldo Sefas
Xatırladaq ki, "Qarabağ"la ÇSKA arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək.