Bəs, komandanın hazırda ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”nın taleyi necə olacaq? “Bayquşlar”ın Masazırı tərk etməsinin səbəbi nədi? Yoxsa komanda hər iki stadionun xidmətindən yararlanmaq niyyətindədi?
Bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Sabah” hazırda icarə əsasında “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Gələcəkdə başqa arenanın xidmətindən istifadə etsək, bu barədə öncədən ictimaiyyətə məlumat veriləcək”.
KƏNAN BAHADIR






