Doğma klubuna qayıtdı

16.08.2026 17:25 32
Dünya futbolu
“İnter” heyətinə yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu “Brügge”dən Aleksandar Stankoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “İnter” bu transfer üçün Belçika klubuna 23 milyon avro ödəyəcək.

Serbiyalı keçmiş futbolçu Deyan Stankoviçin oğlu olan dayaq yarımmüdafiəçisi “İnter”in yetirməsidi. Aleksandar “İnter”dən “Brügge”yə 2025-ci ildə keçmişdi.