Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – ÇSKA (Sofiya, Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 22-də saat 18.00-da “Azərsun Arena”da baş tutacaq.
Saat 18.20-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Komandamızın hazırlıq prosesi “Azərsun Arena”da gerçəkləşəcək.
Qonaq komandanın baş məşqçisi Hristo Yanevin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı 19.30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20.00-da baş tutacaq.
Media mənsubları akkreditasiyalarını iyulun 22-də 11.00-dan 17.00-dək "Azərsun Arena"nın media otağından götürə bilərlər.
İyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – ÇSKA görüşü saat 20.00-da başlayacaq.
Qurban Qurbanov mətbuat konfransı keçirəcək
Ölkə futbolu






