Portuqaliya yığmasında gözlənilən təyinat baş tutub. Yeni baş məşqçinin adı rəsmən açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, milli komandanın mətbuat xidmətinin məlumatına görə, Jorje Jezuşla müddəti 2030-cu ilə qədər razılaşdırılan müqavilə imzalanıb. 71 yaşlı mütəxəssisin sonuncu iş yeri Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəssr” olub.
Jezuş müxtəlif ölkələrin “Benfika”, “Sportinq”, “Fənərbaxça” və “Flamenqo” kimi aparıcı klublarında da işləyib. O, indiyə qədər milli komandalarda fəaliyyət göstərməyib.