“Sabah”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan KuPS rəsmi saytında “bayquşlar” haqda 10 fakt təqdim edib.
“Football-plus.az”ın məlumatına görə, Finlandiya təmsilçisi Azərbaycan çempionunun sürətlə yüksəldiyini yazıb. Sizi həmin faktlarla tanış edirik.
1. “Sabah” 2017-ci il sentyabrın 8-də təsis edilib.
2. Komanda ev oyunlarını Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən Masazırda keçirir.
3. Rəqibin orta yaşı 26,3-dü. Bu o deməkdi ki, həm gənc, həm də təcrübəlidilər.
4. Komanda apreldə Azərbaycan çempionu olub və bu yolla Çempionlar Liqasında iştirak hüququ əldə edib. Klubun daha iki milli titulu var.
5. “Sabah” əvvəllər həm Konfrans, həm də Avropa Liqasının seçmə mərhələsində çıxış edib. Ancaq liqa mərhələsində oynamayıb.
6. Komandanın ləqəbi “bayquşlar”dı. Hər halda, puhu quşu deyil (maraq üçün qeyd edək ki, puhu quşu Finlandiya milli komandasının rəmzidi. Puhu quşu yırtıcı bayquş növlərindəndi – red.)
7. Oyun 8700 yerlik “Bank Respublika Arena”da keçiriləcək. Bura yetərincə isti və rütubətlidi.
8. “Sabah”ın baş məşqçisi 49 yaşlı litvalı Valdas Dambrauskasdı.
9. Komandanın “Transfermarkt”dakı dəyəri 17,5 milyon avrodu.
10. “Sabah”ın ən baha futbolçusu Polşa millisində də 15 oyun keçirmiş sol cinah oyunçusu Timoteuş Puxaçdı. Onun qiyməti 2,5 milyon avrodu.
Bonus. Stadionun yaxınlığında dünyanın azsaylı təbii çəhrayı duzlu gözllərindən biri olan Masazır gölü yerləşir.
KƏNAN BAHADIR