"Monpelye"nin yetirməsi "Turan Tovuz"da

21.07.2026 11:13 16
Ölkə futbolu
"Turan Tovuz" daha bir transfer gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Stiv Beusnardı heyətinə qatıb. “Monpelye”nin yetirməsi olan fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. 34 yaşlı futbolçu son mövsümdə Fransa Liqa 2-də “Pau” forması ilə 27 oyun keçirib. O, karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” kimi klubların formasını geyinib.

"Turan Tovuz" bunadək Dioqo Balau və Aleksey Kenyaykini də transfer edib.