"Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə

21.07.2026 10:31 17
Avrokuboklar
“Football Meets Data” avrokubokların 2026/27 mövsümünün ilk təsnifat mərhələsində qeydə alınan tamaşaçı sayını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, siyahının zirvəsində “Qarabağ”ın İslandiya təmsilçisi “Vestri” ilə keçirdiyi ilk görüş yer alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda olan qarşılaşmanı (3:0) 23549 azarkeş izləyib. Bu göstərici ilə “Qarabağ” - “Vestri” matçı ilk təsnifat mərhələsinin ən çox tamaşaçı toplayan oyunu olub.

İlk üçlükdə aşağıdakı görüşlər qərarlaşıb:

1. “Qarabağ” - “Vestri” - 23549 tamaşaçı;
2. “Hayduk” - “Jilina” - 22352 tamaşaçı;
3. “Universitatya Kluj” - “Dinamo” (Kiyev) - 20043 tamaşaçı.

“Sabah” da siyahıda yer alıb. “Nyu Seynts"lə Bakıda oyunu (2:0) 7 min azarkeş izləyib. Masazır təmsilçisi bu göstərici ilə 15-ci pillədə qərarlaşıb.