Xəlil Umut Meler geri döndü

14.01.2024 19:00 266
Dünya futbolu
Cüneyt Çakır karyerasını bitirdikdən sonra Türkiyənin əsas hakiminə çevrilən Xəlil Umut Melerdən xəbər var.

“Football-plus.az” xəbər verir ki, bilindiyi kimi, tanınmış FİFA referisi təxminən bir ay əvvəl özü də istəmədən Türkiyə futbol ictimaiyyətinin, eləcə də Avropa mətbuatının gündəmini zəbt etmişdi. 15-ci tur çərçivəsində dekabrın 11-də keçirilən “Ankaragücü” – “Çaykur Rizəspor” matçının ardından Xəlil Umut Meler ankaralıların artıq sabiq prezidenti Faruk Koca və onun əlaltıları tərəfindən döyülmüşdü. Xəstəxanaya yerləşdirilən 37 yaşlı ədalət təmsilçisinin almacıq sümüyü qırılmışdı. Bu şok olaydan sonra üzr istəmək, istefa vermək məcburiyyətində qalan və həbs olunan Kocanın məhkəmə prosesi hələ də davam edir. Bu hadisədən sonra Melerin karyerasını bitirəcəyi barədə xəbərlər yayılsa da, bunlar təsdiqini tapmayıb. Belə ki, həftəsonu keçiriləcək 20-ci tura Meler də təyinat alıb. O, yanvarın 14-də baş tutacaq “İstanbulspor” – “Konyaspor” oyununda fit sahibi olacaq. Beləliklə, bu təyinatla Xəlil Umut Melerin geri dönməsi rəsmən təsdiqini tapdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul