“Qəbələ” növbəti transferini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb. 24 yaşlı nigeriyalı futbolçu ilə "1+1" illik müqavilə bağlanıb.
Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edib.
"Qəbələ" nigeriyalı futbolçu aldı
Ölkə futbolu






