Sabah Konfrans Liqasının oyununda “Dinamo-Minsk”i qəbul edəcək “Neftçi”nin baş məşqçisi Yuri Vernidub bu gün mətbuat konfransı keçirib.
“Football-plus.az” onun jurnalistlərlə görüşündən hesabatı təqdim edir.
- Yaşıl meydandan kənarda da mübarizə aparmısız. Rəqibin kimliyi bəllidi...
- Elə də fərq yoxdu. Eminə verdiyiniz suala mən də şərh vermək istəyirəm. Komandanın 90 illiyində ölkə çempionu olmasını arzulayıram. Bundan əlavə, Konfrans Liqasında da qrupa düşməyi istəyirik. Rəqib “Dinamo-Minsk”di. Onlara qarşı əlimizdən gələni edəcəyik. Daha sonra digər rəqiblər haqda düşünəcəyik.
- Bu günə qədər etdiyiniz transferlər sabahki matç üçün yetərli olacaq?
- Əlimizdə özəl heyət var. Bu futbolçularla davam edə bilərik. Lakin yeni oyunçularla da maraqlanırıq. Heyətə bir neçə oyunçu əlavə edəcəyik. Əlimizdə üç qapıçı var. Bəlkə hansısa mövqedə çox oyunçu ola bilər. Lakin bu barədə rəhbərliklə danışmışıq. Uğur qazanmaq istəyiriksə, transferlər hədəfimizi icra etməyə kömək edəcək.
- “Neftçi” “Dinamo-Minsk” matçında üstün tərəf hansıdı?
- Bu suala matçdan sonra cavab vermək olar (gülür).
- Rəqib Avropa təcrübəsi olan komandadı. Sizcə 90 dəqiqədə matçın taleyini həll edən məqam nə ola bilər?
- Hansı komanda özünü yaxşı göstərsə, qalib olacaq. İstərdim ki, bu tərəf “Neftçi” olsun. Bunun üçün əlimizdən gələni edəcəyik.
- “Dinamo-Minsk” ilk matçda məğlub olandan sonra mərhələ adladı. Bu sizin üçün sürpriz olmadı?
- Həqiqətən çətin matç idi. Lakin “Dinamo-Minsk”in bəxti gətirdi.
- Komanda Varqasdan öncə gizli 9 nömrəli heyətlə oynayırdı. Varqasın yoxluğunda yenidən bu strategiyanı görəcəyik?
- Bu barədə nəsə deyə bilmərəm. Sabah görəcəksiz.
- Hansı mövqelərə futbolçu istəyirsiz?
- Bu hələlik məndə qalsın. Sabahki oyun ərəfəsində bunu açıqlamayaq.
- Mövcud heyət keyfiyyətlə yanaşı, kəmiyyət baxımından hədəflər üçün bəs edir?
- Keyfiyyətlə bağlı onu deyə bilərəm ki, oyunçulardan razıyam. Kəmiyyətlə bağlı isə yeni oyunçularla maraqlanırıq ki, uğur qazanaq.
- Sizə azarkeşlərin ümidi çox böyükdü.
- Mən əslində təzyiq hiss etmirəm. Kifayət qədər təcrübəm var. İşimdə çətinlik olsa, bunu göstərmərəm ki, futbolçulara təsir etməsin. Hər şey yaxşı olanda hər kəs səni sevir. Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı.
İSRAYIL XEYRULLAYEV
“Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
Avrokuboklar / Manşet






