Kolumbiyalı hücumçu qarşıdakı mövsümü icarə əsasında ''Benfika''da keçirəcək. Lissabon nəhəngi icarə haqqı kimi Duranın müqavilə ilə bağlı olduğu ''Əl-Nəssr''ə 6,1 milyon avro ödəyəcək. ''Benfika'' mövsümün sonunda Duranı daimi əsasda transfer etmək istəsə, daha 30 milyon avro ödəyəcək.
Bu arada ''Aston Villa''nın sabiq forvardı Qabriel Aqbonlahor 22 yaşlı forvardla bağlı diqqətçəkən acıqlamalar verib. Duranın məlum olduğu kimi ulduzu məhz ''Aston Villa''da parlayıb. Aqbonlahor bu futbolçunun ''Villa''ya geri dönməsini istəmədiyini deyib:
''Duran ''Aston Villa''dan ayrılanda fanatlar bir qədər üzülmüşdü. Amma zaman göstərdi ki, baş məşqçi Unay Emeri onunla vidalaşmaqla doğru addım atdı. Duranın 22 yaşı var. Bu cür gənc yaşda ilyarım ərzində başına gələnlərə baxın. Bu müddətdə 3 klub dəyişdi və heç bir kluba lazım olmadı. Bu məqam Emerinin qərarının doğru olduğunu göstərir. Açığı, Duranın geri dönməsini istəmərəm. Onun paltardəyişmə otağında problemli futbolçu oluğunu düşünürəm''.






