Yoşko Qvardiolun gələcəyi ilə bağlı növbəti xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” rəhbərliyi onunla müqaviləni yeniləməyə hazırlaşır. İnsayder Fabritsio Romanonun məlumatına görə, tərəflər 2031-ci ilin yayına qədər müqavilə imzalamağa razılaşıblar.
Bəzi mənbələr “Real”ın xorvatiyalı futbolçu ilə maraqlandığını xəbər vermişdi. Lakin İngiltərə klubu Yoşkonu uzun müddət sıralarında saxlamağa qərar verib.
Qvardiol MS-də 2023-cü ilin yayından çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.