Bruno Franko daha bir il "Araz-Naxçıvan"da

21.07.2026 11:55 5
Ölkə futbolu
“Araz-Naxçıvan” futbolçusu Bruno Frankonun müqaviləsinin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Cinah müdafiəçisi daha bir il komandanın uğurları üçün çalışacaq. Braziliyalı oyunçu 2025/26 mövsümünü də “Araz-Naxçıvan”ın heyətində keçirib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.