“İmişli” böyükhesablı qələbə qazandı

21.07.2026 13:41 15
Ölkə futbolu
“İmişli” yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşıb. Görüş “İmişli”nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“İmişli” növbəti yoxlama oyununu iyulun 24-də, Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.