“Sabah” avrokuboklarda uğur qazanmaq üçün qurulub” - “Football-plus.az” xəbər verir ki, bu sözlər “bayquşlar”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan KuPS-un rəsmi saytında dərc edilib. Masazır təmsilçisinin qarşılaşacağı komanda bu kollektivin ən güclü futbolçularından bəhs edib, heyətin keyfiyyətli olduğunu bildirib:
“Bizi yüksək səviyyəli rəqib, isti və rütubət gözləyir. “Sabah”ın heyətində baxanda görürük ki, komanda təkcə Azərbaycan premyer-liqasında yox, həm də beynəlxalq arenada uğur qazanmaq gücündədi. Maraqlıdı ki, “Sabah”ın “Nyu Seynts”ə qarşı ilk matçında heyətdə nə az, nə çox - 10 millətdən olan futbolçu yer alıb. Bunlardan ikisi azərbaycanlı olub. Gecənin favoritinin çoxmillətli heyəti əsl Avropa keyfiyyətinə zəmanət verir. Ən güclü futbolçularına gəlincə, Timoteuş Puxaç təkcə müdafiədə fəal deyil, həm də hücumameyilli cinah oyunçusudu. O, 1-ci təsnifat mərhələsinin hər iki matçında əvvəldən sona qədər meydanda olub. Ruanda millisinin futbolçusu Coy-Lens Mikelsi də nzəarətdə saxlamalıyıq. 32 yaşlı təcrübəli oyunçu ötən mövsüm “Sabah”da 25 oyunda 19 qol, bu yay Çempionlar Liqasında 1 qol vurub. Üçüncü təhlükə Velko Simiçdi. “Nyu Seynts”ə qarşı oyunda bir qol, bir məhsuldar ötürmə ilə yadda qalıb. O, oyun qurucusu kimi fəaliyyət göstərir. Simiç Serbiya millisində oynadığı bir matçda bir qol vurub. İstənilən halda, qəhrəmanlarımız hazırdı. Banzay!”
Maraq üçün qeyd edək ki, yazının sonunda qeyd olunan “Banzay” ifadəsi burda mübarizəyə çağırış mənasındadı.
KƏNAN BAHADIR