“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi

21.07.2026 18:31 15
Avrokuboklar / Aktual
“Sabah” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda KuPS-u qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20.00-da başlayacaq.

“Football-plus.az” xəbər verir ki, bukmeker kontorlarının bu oyunla bağlı əmsalları açıqlanıb. Rəqəmlər “bayquşlar”ın aşkar favorit olduğunu deyir.

Sizi “Misli”nin oyun üçün müəyyənləşdirdiyi əmsallarla tanış edirik.

“Sabah”ın qələbəsi: 1,60

Heç-heçə: 3,82

KuPS-un qələbəsi: 4,55

Xatırladaq ki, Masazır təmsilçisi tarixində ilk dəfə bu turnirdə çıxış edir.

KƏNAN BAHADIR