''Çelsi'' Mark Kukurelyanın ''Real''a transfer olunmasının ardından sol müdafiəçi axtarışlarını davam etdirir.
London nəhənginin maraq göstərdiyi isimlər arasında ''Fənərbaxça''lı Arçi Braun da var. Digər isimlər ''Nyukasl''lı Lüis Holl və ''Real''ın üzvü Alvaro Karrerasdı. Amma ingilislərdən hələ ki, heç kim rəsmi olaraq İstanbul nəhənginin ''qapısını döyməyib''. Bu sadəcə İngiltərə mətbuatında gedən bir xəbərdi.
Xatırladaq ki, ''Fənər'' bu transfer dönəminin əvvəlində Braunu premyer-liqanın digər təmsilçisi ''Nottingem Forest''ə satmaqdan imtina etmişdi. Halbuki Avropa Liqasının yarımfinalçısı ''sarı-lacivərdlilər''ə 16 milyon avroluq təklif irəli sürmüşdü.
24 yaşlı ingiltərəli futbolçu ötən mövsüm 38 rəsmi oyunda forma geyərək aktivinə 5 qol, 7 məhsuldar ötürmə yazıb.