Paytaxt klubunun əsas oyunçularından birinin meneceri Rikardo Qonsaleslə bir neçə gün əvvəl əlaqə saxladıqda bəzi sənədlərin imzalanmalı olduğunu demişdi.
Menecer bu gün “vatsap” hesabında paylaşım edib. Kadrda Varqasın hələ də ölkəsində məşq etdiyi aşkar görünür.

Bəs o komandaya nə vaxt qoşulacaq?
Bunu dəqiqləşdirmək üçün yenidən menecerlə əlaqə saxladıq:
“Varqas sabah Bakıya gələcək”.
İSRAYIL XEYRULLAYEV






