"Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi

21.07.2026 16:35 26
Ölkə futbolu
“Zirə” yeni futbolçuyla anlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Lue Bayere Junioru heyətinə qatıb. kot-d’İvuarlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu daha əvvəl İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Yvor” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.