Xristos Tsolis tezliklə klubunu dəyişəcək.
“Football-plus.az" xəbər verir ki, "Arsenal” rəhbərliyi “Brügge”nin cinah hücumçusunu transfer etməyə hazırlaşır. Jurnalist Nikolo Skiranın məlumatına görə, klublar artıq 24 yaşlı yunanıstanlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Keçidin maliyyə detalları açıqlanmayıb. Tsolis “Arsenal”la müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Onun illik maaşı 3 milyon avro olacaq.
Xristos ötən mövsüm “Brügge”nin heyətində keçirdiyi 52 oyunda 22 qol vurub və 29 məhsuldar ötürmə edib.