Erməni güləşçilər Bakıya gələcək

21.07.2026 23:26 25
İdman
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında Ermənistan güləşçiləri də iştirak edəcək.

Bu barədə Ermənistan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, komanda Bakıdakı yarışa ümumilikdə 16 idmançı ilə qatılacaq. Onlardan 6-sı sərbəst, 10-u isə yunan-Roma güləşi üzrə yarışacaq.

Milli Gimnastika Arenasında təşkil ediləcək yarışda 663 idmançı iştirak edəcək.