“Şəfa” növbəti transferini gerçəkləşdirib.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi kanadalı vinger Treyvon Fuller ilə "1+1" illik müqavilə imzalayıb.
24 yaşlı futbolçu son olaraq Gürcüstan “Dila”sında (Qori) çıxış edib. O, karyerası ərzində Portuqaliyanın “Tondela”, “Leyşoyş” və “Kovilya” kimi komandalarının da formasını geyib.