• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bakıda iclas oldu, Rusiya sevindi

İdman

14-07-2023, 21:0

Azərbaycanın ictimai-siyasi həyatı ilə yaxından maraqlananlar bilir ki, iyulun 5-6-da ölkəmizin paytaxtında Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib.

İş ondadı ki, Bakıdakı iclasda hərəkat üzvlərinin Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ünvanladığı müraciət Rusiyada böyük sevinclə qarşılanıb. Bəs Ukrayna ilə müharibə başlayandan sonra dünya idman ailəsindən tədric olunan rusların bunca sevinməsinə səbəb olan hansı hadisə yaşanıb?
Sirr deyil ki, müharibə başlayandan bəri Qərbin aparıcı dövlətləri belə mövqedən çıxış edir ki, Rusiya və Belarus idmançıları Paris Olimpiadasına qatıla bilməz. Daha doğrusu, bu yalnız neytral status daşımaqla mümkün ola bilər. Amma Bakıda iclas keçirən ən nüfuzlu beynəlxalq qurumlardan biri – Qoşulmama Hərəkatı BOK-u bu məsələdə neytrallığı qorumağa və hansısa ölkəyə total yasaq tətbiq etməməyə çağırmaqla rusların “çörəyinin üstünə yağ sürtdü”. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun bəyannaməsində idmanın “millətlər və xalqlar arasında dözüm və qarşılıqlı anlaşma mühitinin yaradılmasındakı vacib rolundan” danışılır, “hər kəsin etnik mənsubiyyətinə görə diskriminasiyaya məruz qalmadan fiziki tərbiyə və idmanla məşğul olmaq hüququna malik olduğu” vurğulanır. Asiya, Afrika və Latın Amerikası dövlətlərinin imzaladığı petisiyada Paris Olimpiadasında 206 milli olimpiya qurumunun hamısının iştirakı tələb olunur. Bir sözlə, Bakıda qəbul olunan sənədi anlaşılan dildə çatdırmalı olsaq, Qoşulmama Hərəkatı Rusiya və və Belarus idmançılarının qarşıdakı Olimpiadada Qərbin istədiyi kimi ayrı-ayrı atletlər kimi yox, komanda şəklində iştirakına tərəfdardı.

Maraqlıdı ki, BOK-un prezidenti Tomas Bax Bakıda qəbul olunan müraciətə operativ şəkildə reaksiya verib:

“BOK Qoşulmama Hərəkatının üzvü olan 120 dövlətin dəstəyini isti qarşılayır. Olimpiya Oyunlarının birləşdirici missiyasına qəti sadiqlik bizi ruhlandırır. Bu vacib qətnamənin qəbulu ilə bağlı təşəbbüsə görə Azərbaycan Prezidenti İlham Əliyevə “sağ olun” deyirəm. Bu mövqe BOK-un beynəlxalq federasiyalar və idman tədbirlərinin əcnəbi təşkilatçıları üçün Rusiya və Belarus pasportuna malik idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı müəyyənləşdirdiyi tövsiyələrə tam uyğundu”.


Xatırladaq ki, Qoşulmama Hərəkatı 65 il əvvəl Yuqoslaviyanın başçısı İosip Broz Tito, Hindistanın baş naziri Cavahirləl Nehru, Misirin rəhbəri Camal Əbdül Nasir və İndoneziyanın milli qəhrəmanı Sukarno kimi əfsanəvi siyasətçilərin təşəbbüsü ilə hərbi bloklara alternativ kimi yaradılıb. Hazırda hərəkata məhz Azərbaycan sədrlik edir. Aydın məsələdi ki, Qoşulmama Hərəkatının daxilində də müəyyən ziddiyyətlər var. Bununla belə, dünya miqyasında yetərincə nüfuzlu, sıralarında 120 dövləti birləşdirən qurumdu. Bakıda qəbul olunan bəyannamə Tomas Baxın əlinə fürsət verir ki, Qərb KİV-inin Rusiya ilə Belarusa yönəlik hücumlarının qarşısına hansısa dəlil qoysun. Təbii ki, onlarla ölkənin birləşdiyi Ukraynayönümlü koalisiya da var, onlar Rusiya ilə Belarusun Olimpiadaya qatılmasına qarşı çıxırlar. İş ondadı ki, həmin blok ruslarla belaruslar Paris Olimpiadasına hətta neytral statusla qatılacağı təqdirdə də BOK-u boykotla hədələyirlər. Onsuz da bu iki ölkədən olan idmançılar son Avropa və dünya çempionatlarını boşa veriblər. Olimpiada ilə bağlı məsələ isə iyulun sonuna qədər həll olunmalıdı. Və bu məqamda Bax çox sərt dilemma qarşısında qalıb – ya çoxluğun birləşdiyi Qoşulmama Hərəkatının çağırışına qulaq asmaq, ya da zəngin və fəal Qərbin tərəfini tutmaq. Əslində ruslarla belarusların Parisə yollanacağına şübhə yoxdu. Sadəcə, söhbət ondan gedir ki, hansı statusla və hansı sayda yollanacaqlar. Heç şübhəsiz, Rusiya ilə Belarusun Olimpiadaya məhdudiyyətsiz və öz bayrağı altında qatılması olimpiya hərəkatında parçalanmaya və boykota səbəb ola bilər. Özü də Olimpiada aşkar Qərb mövqeyindən çıxış edən Parisdə keçiriləcək. Bu üzdən Rusiya ilə Belarusun maksimum ümid edə biləcəyi Oyunlarda neytral statusla iştirakdı. Yox, BOK rusların bu ölkənin Olimpiya Komitəsinin bayrağı altında komanda şəklində iştirakına qadağa qoyarsa, onda artıq Rusiyanın boykota əl atması qaçılmazdı. Ancaq bu iki variant arasında müəyyən fəza var ki, BOK da indi burda manevr etmək istəyir. Rusiyalı atletlərin komanda idman növlərində iştirakına icazə verilməsi də müzakirə mərhələsindədi. Eyni zamanda hərbi yönümlü ÇSKA və “Dinamo”dan olan idmançıların taleyi sual doğurur. Yəqin ki, Bax növbəti dəfə məsuliyyəti beynəlxalq federasiyaların boynuna qoymaq istəyərdi. Ancaq bu dəfə belə alınmayacaq.

Digər sual doğuran məqam odu ki, “rus məsələsi” müsbət həll olunacağı təqdirdə federasiyaların başında duran və Paris-2024-ün təşkilat komitəsində yer alan radikallar inadkarlıq göstərərsə, BOK nə edəcək? Axı hazırda ən azı üç federasiya (yüngül atletika, atçılıq idmanı və serfinq) BOK-un tövsiyələrini heç yaxın buraxmayıb. Bir sözlə, Rusiya Ukraynaya hücum etməklə həm öz başına bəla açıb, həm də dünya idman ailəsində ciddi parçalanmanın əsasını qoyub. Proseslərin axarının necə olacağını proqnozlaşdırmaq çətindi.

Paylaş:
Digər xəbərlər

Manşet

11-07-2023, 15:0

Prezident İlham Əliyev Rusiya idmanını xilas edə biləcəkmi?

Yığma / Manşet

10-03-2022, 19:0

AFFA Belarusla səfər matçının təşkilinə qarışa bilməz - AÇIQLAMA

İdman

24-02-2023, 19:0

Ruslara işləyən daha bir funksioner var

İdman

9-09-2022, 13:0

Rusiya və Belarus paracüdoçuları Bakıdakı dünya çempionatına buraxılmayacaq

İdman

25-06-2022, 17:0

Ukrayna ruslara görə imtina etdi

Maraqlı

7-07-2023, 13:0

Dünya çempionatını rusların əlindən aldılar

Aktual
“İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
Son xəbərlər
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 142
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 113
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 112
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə