“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya

31.05.2026 20:48 173
Aktual / Ölkə futbolu
32 ildən sonra avrokuboklara vəsiqə qazanan “Turan Tovuz” bu imkandan məhrum oluna bilər. Belə ki, UEFA 2019-cu ilin dekabrında 7 futbolçusu oyun alqı-satqısında iştiraka görə cəzalanan klubu Konfrans Liqasına buraxmaq istəmir. Artıq bununla bağlı Azərbaycana mesaj göndərilib.

Bəs tovuzlu azarkeşlər bu haqda nə düşünür? “Ultras Turan”ın rəhbəri Kamal Saqqayev “Football-plus.az”ın sualını cavabladı:

“Əlbəttə, bu qərar bizi məyus etdi. Tovuzlu azarkeşlər olaraq, hamımız çox pisik. Amma ümidliyik. Yəqin ki, ədalətli qərar olar. Layiq olduğumuz haqqı istəyirik. İnşallah, “Turan Tovuz” ölkəmizi Konfrans Liqasında təmsil edər. Ümid sonda ölür”.

MÜZƏFFƏR QULUZADƏ