• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək

Müsahibə / Aktual

6-06-2026, 14:0

Azərbaycan yığması dünya çempionatında iştirak etməsə də, bizim üçün sevindirici bir məqam var: Misli premyer-liqasının orda təmsilçisi olacaq.

Əlbəttə, söhbət “Turan Tovuz”un mərkəz müdafiəçisi Roderik Millerdən gedir. “Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev də mundiala yollanmağa çox yaxın idi. Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro onu əvvəlcə 40, ardından 30 nəfərlik siyahıya salsa da, 26 futbolçunun yer aldığı yekun siyahıdan sildi.
Millerə gəlincə, Panama yığmasının baş məşqçisi Tomas Kristiansen DÇ-yə hazırlıq çərçivəsində Braziliya ilə yoldaşlıq oyununda (2:6) ona son 25 dəqiqədə şans verdi. Həmin vaxt isə oyunun taleyi artıq həll olunmuşdu, hesab 5:1 idi. Azərbaycan çempionatının mundialdakı yeganə təmsilçisi ilə müsahibəni təqdim edirik.

- Roderik, səni karyeranda ilk dəfə dünya çempionatına qatılmağın münasibəti ilə təbrik edirik. Hansı hissləri keçirirsən? Bizim üçün maraqlıdı: ümumiyyətlə, futbola başlayanda nə vaxtsa dünya çempionatında oynamağı arzulayırdınmı?
- Çox sağ olun. Bu, karyeramın ən vacib anlarından biridi. Uşaqlıqdan bəri dünya çempionatında oynamaq və ölkəmi futbolun ən böyük səhnəsində təmsil etmək arzusundaydım. Oynamağa başlayanda televiziyada dünya çempionatına baxırdım və bir gün orda olacağımı təsəvvür edirdim. Artıq bu arzum gerçəkləşib, sadəcə, qürur duyuram.

- Mundialda Panama yığması ilə yanaşı, həm də “Turan Tovuz”u təmsil edəcəksən. Klub prezidenti Ehtiram Quliyevin sənə ünvanladığı təbrik mesajını görmüşük. Bəs komanda yoldaşların bu xəbəri necə qarşıladı? Sən bu xəbəri görəndə necə reaksiya verdin? Sevincini ilk növbədə kimlə bölüşdün?
- Komanda yoldaşlarımdan, məşqçilər heyətindən və klubdakı hər kəsdən çoxlu təbrik aldım. Prezident Ehtiram Quliyevin mesajını da gördüm və bu, məni çox sevindirdi. Klubun dəstəyini hiss etmək mənim üçün çox şey ifadə edir. Xoş xəbəri ilk paylaşdığım adamlar ailə üzvlərim oldu, çünki onlar karyeramın hər anında məni dəstəkləyib.

- Bildiyimizə görə, DÇ-2018-ə yollanmaq şansın da olub, sadəcə, zədə üzündən alınmayıb.
- Bəli, çox çətin an idi. Həmin dünya çempionatında olmaq üçün çox çalışdım, təəssüf ki, zədə ən pis vaxtda gəldi. Lakin heç vaxt inanmaqdan əl çəkmədim və işləməyə davam etdim. Buna görə də bu çağırışın mənim üçün xüsusi mənası var. Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım.

- Çempionlar Liqasında oynamaq daha nüfuzludu, yoxsa dünya çemionatında?
- Bunlar fərqli turnirlərdi və hər biri böyük nüfuza malikdi. Çempionlar Liqası dünyanın ən yaxşı klublarını bir araya gətirir, dünya çempionatı isə istənilən futbolçu üçün ən vacib turnirdi, çünki hər kəs öz ölkəsini təmsil edir. Mənim üçün dünya çempionatında oynamaq unikal və çox xüsusi bir hadisədi.

- Statistikaya baxanda Panama yığmasının seçmə turnirdə keçirdiyi 10 oyunun heç birində uduzmadığını gördük. Bu uğur nəyin sayəsində mümkün oldu?
- Əsas məsələ komandanın birliyi, məşqçi heyətinin işi və bütün proses boyunca inkişaf etdirdiyimiz özünəinam idi. Təcrübəli oyunçularımız və istedadlı gənc futbolçularımız var. Hər kəs öz rolunu başa düşür və eyni hədəfə doğru addımlayırdı.

- Turnirdə əsas heyətdə yer alacağına inanırsanmı?
- Mənim işim mümkün qədər ən yaxşı şəkildə hazırlaşmaq və məşqçi mənə ehtiyac duyduğu anda hazır olmaqdı. Son qərar həmişə baş məşqçinindi. İstər start heyətində, istərsə də sonradan meydana çıxmağımdan asılı olmayaraq, ən vacib məqam komandaya kömək etməkdi.

- Baş məşqçin Tomas Kristiansen də Kurban Berdıyev kimi üç mərkəz müdafiəçili sistemlə oynayır. Bunu sənin üçün əlavə üstünlük saymaq olarmı?
- Bəli, saymaq olar. Çünki mən bu sistemə öyrəşmişəm. Tələblərini yaxşı bilirəm və bu, mənə tez uyğunlaşmağa kömək edir. Bununla belə, hər bir milli komandanın öz oyun tərzi var və həmişə fərqlər olur.

- Roderik, bir məqam da diqqətimizi çəkdi: seçmə mərhələ oyunlarında, demək olar ki, meydana çıxmamısan. Bunun səbəbi nədi?
- İştirakımı məhdudlaşdıran bəzi hallar, o cümlədən texniki qərarlar və prosesin özü ilə bağlı vəziyyətlər oldu. Bununla belə, mən həmişə milli komandaya sadiq qaldım, çox çalışmağa davam etdim və komandaya kömək edə biləcəyimi göstərmək üçün əlimə düşən hər fürsətdən yararlandım.

- İngiltərə, Xorvatiya və Qananın da yer aldığı qrupda Panamanın hədəfi nə olacaq?
- Bilirik ki, çox çətin qrupa düşmüşük. Çünki güclü milli komandalarla qarşılaşacağıq. İlk məqsədimiz hər matçda mübarizə aparmaq və Panamanı qürurla təmsil etmək olacaq. Bundan sonra xal qazanmaq və növbəti mərhələyə yüksəlmək üçün çalışacağıq. Futbolda komanda özünə inananda və vahid orqanizm kimi çalışanda hər şey mümkündü.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / DÇ 2026

25-05-2026, 16:0

Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...

Ölkə futbolu / Aktual

2-06-2026, 14:0

Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…

Aktual

17-05-2026, 13:0

Misli premyer-liqasından dünya çempionatına kim gedəcək? – hər şey Kannavarodan asılıdı!

Dünya futbolu

1-06-2026, 08:0

Roderik Millerin Panamasını əzdilər – 72140 azarkeşin gözü önündə

Ölkə futbolu / Aktual

22-05-2026, 16:0

Roderik Miller Azərbaycanı tərk etdi – DÇ-2026-da iştirak etmək üçün!

Ölkə futbolu

17-03-2026, 21:0

"Turan Tovuz"un futbolçusu Panama millisində

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Bu gün, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Bu gün, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Bu gün, 21:44
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Bu gün, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Bu gün, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 210
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə