Kanadanın Toronto şəhərinin hüquq-mühafizə orqanları dünya çempionatı ərəfəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində 2,5 milyon dollar dəyərində saxta futbol atributları müsadirə olunub.
“Reuters”in məlumatına görə, əməliyyat zamanı üzərində FİFA-nın loqoları olan 16 mindən çox saxta forma və bayraq, həmçinin dünya kubokunun iki saxta nüsxəsi aşkarlanaraq götürülüb. Polisin açıqlamasına əsasən, faktla bağlı iki nəfər saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb.
Toronto DÇ-2026-da oyunları qəbul edəcək şəhərlərdən biridi. Burda nəhəng turnirin 6 oyunu keçiriləcək.