İspaniyadan Niderlanda üz tutdu

5.07.2026 13:42 24
Dünya futbolu
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Miçel Sançes komandanın baş məşqçisi təyin olunub. İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, tərəflər arasında müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

50 yaşlı Miçel Sançes ötən mövsüm “Jirona”nın baş məşqçisi olub. Komanda uğursuz nəticə göstərərək La Liqanı 41 xalla 19-cu yerdə başa vurub və yüksək liqanı tərk edib.