Simone İnzaqi mövsümün sonunda “Əl-Hilal”dan ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssisin gedişinə səbəb yay “transfer pəncərəsi”ndə edilən bahalı transferlərin ümidləri doğrultmaması, həmçinin Səudiyyə Ərəbistanı klubunda sahib dəyişikliyinin baş verməsidi. İnzaqi “Əl-Hilal”ı 2025-ci ilin iyunundan çalışdırır. O, komanda ilə keçirdiyi 51 oyunda 37 qələbə qazanıb, 12 heç-heçə edib və 2 dəfə məğlub olub.
“Əl-Hilal” indi Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 81 xalla 2-ci yeri tutur. Lider “Əl-Nəssr”in hesabında 83 xal var.