“Nyukasl”dan ayrıldılar

13.06.2026 16:27 15
Dünya futbolu
“Nyukasl”ı mövsümün sonunda 4 futbolçu tərk edib.

"Football-plus.az" xəbər verir ki, qapıçı Aaron Remsdeyl icarə müqaviləsinin müddəti başa çatdığı üçün məxsus olduğu “Sauthempton”a geri dönüb.

Müdafiəçi Mett Tarqett, həmçinin qapıçılar Con Raddi və Maks Tompsonun klubla müddəti sona çatan müqavilələrinin yenilənməməsinə qərar verilib.