• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!

Aktual / Ölkə futbolu

Bu gün, 21:30

Premyer-liqada mövsümü 3-cü pillədə başa vurmaqla Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılacağı haqda xəbərlərin yayıldığını yazmışdıq.

İyunun 2-də bu ehtimal təsdiqləndi. Bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında aşağıdakı mətn dərc edildi:

"2025/26 mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/27 mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi tərəfindən 2019/20 mövsümündə 1-ci divizionda çıxış edən komandamızın 7 futbolçusunun (söhbət Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakından gedir - red.) futbolla bağlı bütün növ fəaliyyətinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq. Əlavə olaraq bildiririk ki, Konfrans Liqasına hazırlıq planlarımızda hansısa dəyişiklik yoxdu. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə - təlim-məşq toplanışına yollanacaq".

Çox keçmədən, AFFA-nın saytında da məsələ ilə bağlı məlumat yer aldı:

“Turan Tovuz”un UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, Konfrans Liqasının 2026/27 mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var. CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz”un avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək”.

Federasiyanın növbəti açıqlaması da özünü çox gözlətmədi:

“UEFA tərəfindən AFFA-nın İntizam Komitəsinin “Turan Tovuz”un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun Konfrans Liqasının 2026/27 mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilmişdi. UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib”.

UEFA-nın saytında yayımlanan qərarda isə bu ifadələr yer aldı:

"2 iyun 2026-cı il tarixində UEFA Apelyasiya Orqanının sədri aşağıdakı qərarı qəbul edib: 2026/27 Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə "Turan Tovuz" 2026/27 Konfrans Liqasında iştirak hüququndan məhrum edilib".

Beləliklə, "Turan Tovuz" üçün Konfrans Liqası uğrunda əsl mübarizə iyunun 2-də başladı. Klubun bəyanatından aydın olur ki, artıq CAS-a da müraciət olunub, vəkil də tutulub. Hətta bəzi həmkarlarımızın iddiasına inansaq, "bozqurd"un hüquqlarını məşhur "Osasuna" işində məharətini göstərən ispaniyalı vəkil Jozep Vandeyos müdafiə edəcək.

Maraq üçün qeyd edək ki, İspaniyada 2020-ci ildə bitən təhqiqatın sonunda “Osasuna”nın bəzi rəhbərləri 2012/13 və 2013/14 mövsümlərində korrupsiya, gəlirlərin gizlədilməsi, oyun alğı-satqısı və digər bu kimi işlərdə günahkar bilinib. UEFA bunu əsas götürərək əvvəlcə klubu Konfrans Liqasının 2023/24 mövsümünə buraxmaqdan imtina edib. Sonra “Osasuna” məsələni CAS-a apararaq, keçmiş rəhbərlərlə heç bir əlaqələrinin olmadığını bildirib və qalib gəlib. Bundan sonra UEFA CAS-ın qərarını əsas götürüb və cəzanı aradan qaldırıb. Milliyyətcə katalon olan Vandeyosun La Liqada Qiymətləndirmə Komitəsinin də üzvü olduğunu bildirək.

Kəsəsi, "Osasuna"nı "dar ağacı"ndan xilas edən Vandeyos "Turan Tovuz"un da xilaskarına çevrilə bilər.

Bəs, proses nə vaxt tamamlanacaq? Həqiqətənmi "bozqurd" Vandeyosla birgə çalışmaqdadı? Hazırda tovuzlular üçün ümidverici xəbər varmı? Bu suallarla əvvəlcə "Turan Tovuz"un İdarə Heyətinin sədr müavini Nəsimi Paşayevə, ardından mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə müraciət etdik. Hər iki klub rəsmisi sualların cavablarını bilmədiklərini, gözləmək lazım olduğunu dedi. Ortaq cavab prosesin hələ davam etməsi, məsələlərə qarşıdakı günlərdə aydınlıq gələcəyi haqda oldu.

Əlbəttə, bu ərəfədə "Zirə"nin düşərgəsində də həyəcan var. Ona görə ki, tovuzlular Konfrans Liqasına yollana bilməyəcəyi halda onları mövsümü 5-ci yerdə bitirən "qartallar" əvəz edəcək. İş ondadı ki, "Zirə" də CAS-ın yekun qərarını gözləməyə məcburdu. Çünki AFFA-nın açıqlamasından da aydın olduğu kimi, bu yöndə son söz deyilmədikcə, "Turan Tovuz"un avrokuboklardakı yeri qorunacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

3-06-2026, 10:0

UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı

Ölkə futbolu

3-06-2026, 18:0

UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar

Aktual / Ölkə futbolu

3-06-2026, 17:0

AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”

Ölkə futbolu

3-06-2026, 20:0

AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama

Ölkə futbolu / Aktual

3-06-2026, 16:0

"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi

Ölkə futbolu / Aktual

Bu gün, 14:14

“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi

Aktual
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Son xəbərlər
  • Bu gün, 23:29
    Malta hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Bu gün, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Bu gün, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Bu gün, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Bu gün, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Bu gün, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Bu gün, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Bu gün, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Bu gün, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Bu gün, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Bu gün, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Bu gün, 15:05
    AFFA-da seminar keçirildi
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
Daha çox
Oxunub: 324
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 211
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 179
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə