• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?

Aktual / Ölkə futbolu

2-06-2026, 17:0

Şənbə günü gec saatlarda yayılan xəbər bu ölkədə futbolla maraqlanan hər kəsi həyəcanlandırdı.

Belə ki, avrokuboklara vəsiqə qazanan komandaların arı kimi işlədiyi vaxtda "Turan Tovuz"la bağlı şok iddia ortaya atıldı. Premyer-liqada mövsümü 3-cü yerdə başa vurmaqla Konfrans Liqasında iştirak hüququ qazanan bölgə təmsilçisinin bundan məhrum edildiyi haqda xəbərlər yayıldı. Bəs, qeyd olunanlar necə əsaslandırılır? Əvvəlcə məsələylə tanış olaq.

Avrokuboklara "Turan Tovuz"un yerinə "Zirə"nin gedə biləcəyi haqda iddiaların ciddi əsası var. Belə ki, “bozqurd" hələ birinci divizionda (indiki 1-ci liqa - red.) iştirak edərkən oyun alğı-satqısına görə UEFA-nın "radarına düşüb”. 2019-cu ildə baş verən hadisəyə görə həmin vaxt UEFA-dan AFFA-ya məlumat daxil olub və “Turan Tovuz”un 7 oyunçusu - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyənləşdirilib. AFFA İntizam Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilən iclasında həmin 7 futbolçunun futbolla bağlı bütün növ fəaliyyətinə qadağa qoyulub. UEFA elə bu səbəbdən Tovuz təmsilçisinin avrokuboklarda iştirakına da qadağa qoyub.

Düzdü, məsələylə bağlı vaxtında kluba məktub göndərilib. Ancaq “Turan Tovuz” məsələyə ciddi yanaşmayıb. Belədə hadisələrin axarı "bozqurd"un avrokuboklardan kənarda qalması riskini yaradıb. Həmçinin klub ötən günlərdə qeyd olunanlarla bağlı CAS-a (İdman Arbitraj Məhkəməsi) müraciət edib. Hazırda məsələnin araşdırılması prosesinin sürətlənəcəyi gözlənilsə də, UEFA-nın qərarının böyük ehtimalla dəyişməyəcəyi bildirilir. Belədə “Zirə” Konfrans Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. “Neftçi” isə turnirə 2-ci təsnifat mərhələsindən qatılacaq.

İş ondadı ki, "Turan Tovuz" geniş müzakirələrə yol açan iddialarla barışmır. Əvvəlcə klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev qəzetimizə açıqlamasında belə dedi:

“2025/26 mövsümünü uğurla başa vurduq. Gərgin idman mübarizəs şəraitində keçən mövsümdə bütün idman prinsipləri qorundu, haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA-dan və ya digər bir qurumdan avrokuboklarda iştirakla bağlı təsdiq və ya imtina barədə rəsmi bildiriş almamışıq”.

Daha ətraflı məlumat almaq məqsədiylə müraciət etdiyimiz "Turan Tovuz"un İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayevi də dinləyək:

"Vallah-billah, nə CAS-a müraciət etmişik, nə də hansısa vəkil tutmuşuq. Nəyə and içək ki, belə hadisənin baş vermədiyinə inansınlar?! Yazılanların hamısı dezinformasiyadı. Hazırda Konfrans Liqasına hazırlaşırıq. Proses sürətlə davam edir. Zülm, əziyyət çəkirik. Stadionda işlər görülür, heyətin gücləndirilməsiylə bağlı planlarımızı həyata keçirməklə məşğuluq. Bir neçə gündən sonra futbolçular da toplaşacaq. Xatırlayırsızsa, bu yaxınlarda UEFA nümayəndələri Tovuz şəhər stadionuna baxış keçirdilər. Görülən işləri araşdıran rəsmilər yenidənqurma prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Başqa söhbətlərə nə ehtiyac var?! Əlbəttə, bizə UEFA-dan rəsmi məktub gəlsə, CAS-a da müraciət edəcəyik, vəkil də tutacağıq. Lakin yenə deyirəm, bu gün yayılan iddialarla bağlı kluba hansısa rəsmi məlumat verilməyib".

Əlbəttə, biz də məsələnin məhz Nəsimi bəyin dediyi kimi olduğuna inanmaq istəyirik. Onsuz da hadisələrin istənilən fərqli axarı həm illərdi “Turan Tovuz” üçün pul xərcləyən Ehtiram Quliyev, həm də bütövlükdə klub və onun yüzminlərlə tərəfdarı üçün böyük üzüntüdən başqa bir şey olmayacaq. “Turan Tovuz” avrokuboklardan kənarlaşdırılsa, deməli, kiminsə məsuliyyəti var. UEFA hansısa kluba belə cəza kəsərkən özünə də, təmsil etdiyi milli futbol qurumuna da xəbər göndərir. Tovuzlular cəzalanıbsa, heç şübhəsiz, Bakıya da belə məktub göndərilib.

Və bizi narahat edən daha bir məqam var: UEFA son illərdə məhz belə əməllərə al atdığına görə onlarla klubu oxşar şəkildə, yəni avrokuboklarda iştirakına 10 illik qadağa qoymaqla cəzalandırıb. Ən yeni nümunəni xatırladırıq: elə ötən ilin iyulunda Monteneqronun “Arsenal Tivat” klubunu bukmekerlərlə əlbir olduğuna görə 10 illiyə (2034/35 mövsümü daxil olmaqla) avrokuboklardan uzaqlaşdırıb, həmçinin 500 min avro cərimələyib. İnşallah, “Turan Tovuz” bu aqibəti yaşamaz!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Aktual

2-06-2026, 11:0

“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür

Ölkə futbolu / Aktual

1-06-2026, 17:0

“Tovuz stadionunda iş başa çatmayıb” – Nəsimi Paşayev

Aktual / Ölkə futbolu

31-05-2026, 20:0

“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya

Premyer-liqa / Manşet

18-05-2024, 15:0

“Bəlkə də təcrübəsizlik üzündən uduzduq” – “Turan Tovuz”un kapitanı

Avrokuboklar / Aktual

31-05-2026, 11:0

"Turan Tovuz" Konfrans Liqasından uzaqlaşdırılıb? - rəsmi açıqlama gəldi!

Ölkə futbolu

10-03-2026, 11:0

"Turan Tovuz" üçün xüsusi qələbə

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
  • 6-06-2026, 23:0
    İspaniyadan Niderlanda üz tutdu
Daha çox
Oxunub: 711
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 247
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə