Yığma Avropa Liqasına məğlubiyyətlə başladı

6.06.2026 20:18 17
İdman
Kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.

"Football-plus.az" xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 (20:25, 22:25, 7:25) hesablı qələbəsi ilə başa çatıb.

Komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.