"Football-plus.az" xəbər verir ki, futbolçu yaşadığı anlara, keçdiyi çətinliklərə, qazandığı uğurlara, meydanda və meydandan kənarda hər məqama görə minnətdar olduğunu bildirib.
Dani Bolt geridə qalan mövsümü xüsusi adlandırıb. Braziliyalı müdafiəçi Çempionlar Liqasında çıxış etmək imkanının onun həm futbolçu, həm də insan kimi inkişafına təsir etdiyini vurğulayıb:
“İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı. Başlayacaq yeni mövsüm üçün çox həyəcanlıyam. Yeni hədəflər, yeni çağırışlar və Avropa Liqasında çıxış etmək şansı məni hər gün ən yaxşısını etməyə daha çox motivasiya edir”.





