AFFA İcraiyyə Komitəsinin sabiq üzvü "Turan Tovuz"un yerinə Konfrans Liqasına yollana biləcək komandanın seçim prosedurundan da danışdı:
"Turan Tovuz"un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciəti təmin olunmasa, onun yerinə "Zirə" Konfrans Liqasına yollanacaq. "Zirə" bu təklifdən imtina edərsə, artıq ondan sonra avrokuboklar üçün lisenziyası olan və turnir cədvəlində daha yuxarı pillədə qərarlaşan komanda Konfrans Liqasında oynayacaq".
Xatırladaq ki, UEFA AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürərək "Turan Tovuz"u 2026/27 mövsümündə öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.
MURAD ABDULLAZADƏ






