Avstriyada təlim-məşq toplanışında olan millimizin iki futbolçusu heyətdən kənarlaşdırılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Malta ilə yoldaşlıq görüşündə rəqibin ikinci qolundan sonra meydanda bir-biri ilə gərginlik yaşayan Anton Krivotsyuk və Abdulla Xaybulayev əsas heyətdən kənarlaşdırılıblar.
Xatırladaq ki, millimiz ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.