A seriyasında istefa

6.06.2026 23:59 12
Dünya futbolu
Fabio Qrosso artıq “Sassuolo”nu çalışdırmır.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu baş məşqçi ilə yolları ayırıb. 48 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qrosso “Sassuolo”ya 2024-cü ilin yayından başçılıq edirdi. Komanda onun rəhbərliyi altında İtaliyanın yüksək divizionuna qayıtmışdı. Ötən mövsüm isə turnir cədvəlini 11-ci yerdə başa vurub.