Millimiz Dünya Kubokunun yarımfinalında

7.06.2026 12:20 10
İdman
Qadınlardan ibarət 3x3 basketbol yığmamız Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya kubokunda yarımfinala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu komanda 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin 18:16 hesablı qələbəsi ilə başa çatıb.

Komanda növbəti mərhələdə ABŞ yığması ilə üz-üzə gələcək.

Yarımfinal və final qarşılaşmaları iyunun 7-də keçiriləcək.