Kasper Hyulmann gözlənilən aqibəti yaşayıb.
"Football-plus.az" xəbər verir ki, o, “Bayer-04”ün baş məşqçi vəzifəsini tərk edib. Leverkuzen klubunun mətbuat xidmətinin məlumatına görə, mövsümü 6-cı yerdə başa vuran və Çempionlar Liqasına vəsiqə qazana bilməyən komandanın çalışdırıcısı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hyulmannı baş məşqçi vəzifəsində Karles Martines əvəzləyib. 42 yaşlı ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Martines 2023-cü ilin yayından “Tuluza”nı çalışdırırdı. Komanda ötən mövsüm onun rəhbərliyi altında Fransa Liqa 1-ni 10-cu yerdə başa vurub.