Yankoviç oynadı, Monteneqro heç-heçə etdi

6.06.2026 12:39 8
Dünya futbolu
“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin də formasını geydiyi Monteneqro millisi növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib. Görüş heç-heçə yekunlaşıb - 2:2.

Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə start heyətində başlayan Marko 69-cu dəqiqədə, hesab 2:1 Monteneqronun xeyrinə olarkən Milan Roqanoviçlə əvəzlənib.