Ukrayna Cüdo Federasiyası (UCF) ruslara iştirak icazəsi verilməsi üzündən bütün beynəlxalq turnirlərdən kənara çəkilməsi ilə bağlı açıqlama yayıb.
İş ondadı ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) bir neçə gün əvvəl rusiyalı idmançıların beynəlxalq yarışlara neytral statusda qatılmasına icazə verib. UCF-nin bəyanatında deyilir:
“Dostluq, həmrəylik, sülh, cüdo dəyərləri kimi prinsipləri əsas götürdüyü buldirən IJF Rusiya və Belarus idmançılarını olimpiya təsnifat turnirinə buraxmaqla təmiz siyasi qərar verib. IJF Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsini kobud şəkildə pozan ilk beynəlxalq idman federasiyasıdı. IJF-nin Rusiya və Belarus idmançılarının bu qurumun bayrağı altına keçirilən yarışlara neytral statusda, bayraqsız və himnsiz buraxılması haqda qərarı Ukrayna cüdo ailəsində haqlı qəzəb və qınaq doğurub. Təəssüf ki, IJF baron Pyer de Kubertenin əsasını qoyduğu olimpiya prinsiplərini özünəməxsus şəkildə təfsir edir. Bu qurumun qərarından dərin məyusluq keçiririk və IJF bayrağı altında keçiriləcək bütün yarışlardan imtina edirik. Rusiya və Belarusun cüdo federasiyaları yarışlardan uzaqlaşdırılana qədər belə də olacaq”.