“Bolonya”nın yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, komandanın “sükanı arxası”na Domeniko Tedesko gətirilib.
40 yaşlı alman-italyan mütəxəssis ötən mövsümdə “Fənərbaxça”da işləyib və aprel ayında vəzifəsindən azad olunub.
“Bolonya” A seriyasının 2025/26 mövsümünü 56 xalla 8-ci yerdə başa vurub.