“Football-plus.az”ın hansı klubun Konfrans Liqasında iştirakının münasib olmasıyla bağlı Aslan Kərimov cavabladı:
“Turan Tovuz”la bağlı sualın cavabında mən öncədən də bildirmişdim ki, UEFA belə qərarlarda geri addım atmır. Ona görə də “Turan Tovuz”u yarışlardan kənarda qoydular. Hesab edirəm ki, çempionatda sonrakı pillədə kimdisə, həmin komanda bunu haqq edir. “Zirə”nin komandadan xaric etdiyi və ya sağollaşdığı oyunçulara, hansı vəziyyətdə olmasına baxmayaraq, məncə, ədalətli qərar onun getməsidi. Onlar da gözləmirdilər. “Zirə”nin işi bir qədər çətin olacaq. Lakin Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var. Ani qərar dəyişmək, hansısa B planına keçmək - məncə, bu baxımdan problem olmayacaq. Sadəcə, bu nə qədər effektli olacaq? Buna nə qədər hazır ola biləcəklər? Məncə, ədalətli qərar “Zirə”nin çıxış etməsidi. Çünki çempionat ərzində “Turan Tovuz”a ən yaxın rəqib “Neftçi” idi. Tovuzluların gətməyəcəyini nəzərə alsaq, yer tuta bilməsələr də, ən uyğun namizəd “Zirə”di”.
İSRAYIL XEYRULLAYEV





