U-21 millimiz Bəhreynə qalib gəldi

6.06.2026 19:56 21
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimiz Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Eyubovun komandası Bəhreynlə üz-üzə gəlib.

İsparta şəhərindəki “Sav” stadionunda keçirilən matçdan millimiz 3:0 hesabı ilə qalib gəlib.

U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Qarşılaşma iyunun 9-da olacaq.