• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!

Dünya futbolu / Aktual

6-06-2026, 11:0

Mahir Emrelinin "Kayzerslautern"də də xoşagəlməz durumla üzləşdiyindən xəbərdarsız.

Gələn ayın 1-də 29 yaşını tamamlayacaq futbolçu "Nürnberq"də yaşadığı bəxtsizlikdən sonra keçdiyi digər 2-ci bundesliqa klubunda da - şans qazanmaq baxımından uğursuzluğa düçar oldu.

Xatırladaq ki, hücumçu çempionatda mümkün 34 oyunun yalnız 12-də şans qazandı. Mahir bunların 3-də start heyətində yer aldısa, qalanlarında sonradan meydana çıxdı. Bu rəqəmlərin uğurlu mövsüm baxımından yetərsizliyi öz yerində, Emreli həm də cəmi 366 dəqiqə meydanda oldu. Bununla yanaşı, o, yalnız bir qola imza ata bildi.

Həmvətənimizin Almaniya kuboku qarşılaşmalarında da üzü gülmədi. Yalnız ilk mərhələdə forma geyən futbolçuya 90 dəqiqə tər tökməsinə, bu oyunda qol vurmasına rəğmən, növbəti görüşlərdə güvənilmədi. Bütün bunlardan sonra Mahirin yayda icarəyə veriləcəyi haqda xəbərlər yayıldı. Hətta sabiq klublarının - "Nürnberq"lə "Legiya"nın onu yenidən heyətində görmək istədiyi haqda bilgilər ortaya çıxdı.

Ancaq "Bild"in bu mövzu haqda dərc etdiyi son informasiya hadisələrin fərqli məcrada cərəyan edə biləcəyini göstərir. Belə ki, almaniyalı həmkarlarımız "Kayzerslautern"in Mahiri heyətdə saxlamaqda maraqlı olduğunu bildirib. Buna səbəb isə "qırmızı iblislər"in yayda bir çox oyunçu ilə yollarını ayıracağıdı. Bu sırada klubun öz istəyi ilə vidalaşdığı futbolçular da var, sərfəli təkliflərə görə başqa komandalara üz tutanlar da.

Düzdü, "Bild" bu yöndə daha çox məlumat əldə edə bilməyib. Lakin "Kicker"in iddiasına görə, Daniel Hanslik, Kenni-Prins Redondo, Florian Kleynhansl, Avdo Spahiç, Norman Basette, Paul Coli, Ci-Su Kim, Atanas Şernev və Simon Simoni heyətdən ayrılacaq. Maraq üçün bildirək ki, Hanslik mərkəz hücumçusudu. Uzun müddətə sıradan çıxan mərkəz hücumçusu İvan Prtayinin isə komandada qalıb-qalmayacağı hələ dəqiq deyil. Bütün bu məqamlar "qırmızı iblislər"in Mahirlə bağlı qərarını yenidən götür-qoy etməsiylə nəticələnib.

Kəsəsi, hazırda Mahirin yayda "Kayzerslautern"i tərk etmək ehtimalı azdı. Yenə də hadisələrin axarının nə ilə nəticələnəcəyini görmək üçün gözləmək lazımdı. Ümid edək ki, hər şey Emreli üçün xeyirli olacaq. İndi əsas fikirlər millimizin çıxışına yönəlib. Böyük ehtimalla, qarşıdakı günlərdə bütün suallara cavab tapılacaq.

Yeri gəlmişkən, "Transfermarkt" hücumçunun transfer dəyərini yeniləyib. Belə ki, Mahirin dəyəri 100 min avro azalaraq 600 min avroya (təxminən 1,19 milyon manat) düşüb.

Xatırladaq ki, hücumçunun "qırmızı iblislər"lə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

13-08-2025, 19:0

“Qırmızı iblislər” Mahirin karyerasını cəhənnəmə çevirə bilər!

Dünya futbolu / Manşet

26-12-2025, 10:0

Mahirin komandası fiasko yaşayır... – nə oldu, Liberkneht?!

Dünya futbolu / Aktual

23-04-2026, 20:0

Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...

Aktual / Dünya futbolu

13-04-2025, 00:0

Mahir start heyətində meydana çıxdı və qələbə qolunu vurdu! - möhtəşəm geridönüş

Aktual / Dünya futbolu

5-02-2026, 13:0

Mahir həm vaxt itirir, həm də dəyər... – o, “Sevgililər günü”nü gözləyir

Aktual / Dünya futbolu

25-10-2025, 11:0

Mahir Emreli yolayrıcında: “Hannover-96”, yoxsa “Nürnberq”? – Kloze ona qonaq gəlib

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə