Gözlənilən təyinat rəsmiləşdi

6.06.2026 20:40 13
Dünya futbolu
Andoni İraola artıq “Liverpul”un baş məşqçisi sayılır.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə klubu ilə müqavilə imzalayıb. Məlumata əsasən, 43 yaşlı mütəxəssis mersisaydlılarla 2 illik müddətə anlaşıb. İraola baş məşqçi vəzifəsində mövsümün sonunda komandadan ayrılan Arne Slotu əvəz edib.

İraolanın sonuncu iş yeri “Bornmut” olub. Komanda 2025/26 mövsümündə premyer-liqada 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb. “Liverpul” isə mövsümü 60 xalla 5-ci sırada başa vurub.