Almaniya klubu ilə danışıq aparır

24.07.2026 14:54 32
Dünya futbolu
“Kristal Pelas”dan ayrılan Oliver Qlasner karyerasını Almaniyada davam etdirməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, bu haqda insayder Nikolo Skiranın yaydığı məlumatda “Bayer-04” rəhbərliyinin artıq avstriyalı məşqçi ilə mümkün əməkdaşlıq barədə danışıqlara başladığı bildirilib.

Leverkuzen klubu 2025/26 mövsümündə turnir cədvəlində 59 xalla 6-cı yeri tutub. Komanda növbəti mövsüm Avropa Liqasında çıxış edəcək.

Qlasner bir neçə gün əvvəl “Kristal Palas”ı Konfrans Liqasında qələbəyə daşıyıb.