“Çelsi”nin əfsanəvi hücumçusu Bobbi Temblinq vəfat edib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə futbolunun tanınmış simalarından sayılan veteran 84 yaşında dünyasını dəyişib. Sabiq futbolçu uzun sürən xəstəlikdən sonra vəfat edib. Temblinq “Çelsi”nin ən məhsuldar futbolçularından biri hesab olunur. O, 1959–70-ci illərdə London klubunun formasında meydana çıxdığı 370 oyunda 202 qol vurub. Uzun illər klubun bombardiri olan Temblinqin rekordu yalnız 2013-cü ildə Frenk Lempard tərəfindən yenilənib. Buna baxmayaraq, o, hələ də “Çelsi”nin İngiltərə çempionatları tarixində ən çox qol vuran (164) futbolçusu sayılır.