''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf

6.06.2026 14:27
Dünya futbolu
''Trabzonspor''un müdafiəçisi Stefan Saviç ötən mövsüm ''Fənərbaxça'' ilə oyunda hakimə söylədiyi sözlər barədə maraqlı etirafı ilə diqqət çəkib.

Sentyabrda İstanbulda baş tutan ilk dövrədəki oyunda ''Trabzonspor'' ''Fənər''ə 0:1 hesabı ilə məğlub olmuşdu. Saviçin final fitindən sonra hakim Ozan Ərgünə ''Fənərbaxça''nın formasını geyin'' dediyi bildirilmişdi. İndi təcrübəli futbolçu klubun ''yutub'' səhifəsinə açıqlamasında hakimə bu sözü həqiqətən deyib-deməməsi barədə suala belə cavab verib:

''Bəli, bu sözü həqiqətən də hakimə söylədim. Çünki həmin oyunda yaşanan hər şey çox qəribə idi. Həmin yaşananları anlamaq və qəbul etmək çətin idi. Təbii ki, hakimlər də isnandı, səhvə yol vermələri mümkündü. Bu, oyunun bir parçasıdı. Amma bəzən hakimlərin özlərinin də yardıma, məsləhətə ehtiyacı olur''.